Bank əməliyyatlarının uçotu şöbəsinin eksperti

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 19.03.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bankın kreditləri üzrə yeni və mövcud müqavilələrin uçotunun aparılması
  • Ödəniş cədvəli üzrə qaytarılması gecikdirilmiş kreditlərə Bankın əməliyyat proqramında öz səlahiyyətləri daxilində cərimələrin hesablanması
  • Plastik kartlar (debet və maaş kartları) üzrə vəsaitlərin istifadəsi ilə bağlı əməliyyatların Bankın əməliyyat proqramında əks etdirilməsi
  • Bankın bütün növ kreditləri üzrə ödənişlərin silinməsi
  • Ödəniş terminalları vasitəsilə aparılan ödənişlərin Bankın əməliyyat proqramında əks olunması
  • Ödəniş kartları üzrə istifadə oluna biləcək hesab qalıqlarının/limitlərinin gündəlik yenilənməsi

Tələblər:

  • Ali təhsil 
  • Sahə üzrə iş təcrübəsi- 1-3 il
  • Dil biliyi: Azərbaycan – Mükəmməl, Rus- Orta, İngilis- Orta
  • Mühasibat uçotu üzrə biliklər

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Könüllü tibbi sığorta;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi