İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müqavilələr, ödəniş aktları, İT inventarının təmir protokolları və satınalma tarixçəsi daxil olmaqla bütün sənədlərin idarə olunması.
- Hüquq və maliyyə departamentləri arasında əlaqələndirici rolun yerinə yetirilməsi: müqavilələrin imzalanması, detalları dəqiqləşdirmək və hər iki tərəfdə bloklar olduqda məsələni həll etmək üçün layihə menecerinə eskalasiya etmək.
- Daxili istifadə üçün sorğuların hazırlanması və yayılması: şöbə daxilində məlumatların toplanmasını təmin etmək məqsədilə sorğu formalarının hazırlanması.
- Onboarding prosesinin idarə edilməsi: yeni namizədlərin məlumatlarını layihə menecerinə ötürərək onların işə daxil edilməsini təmin etmək.
- Departamentlər (Admin, HR) və holdinq daxilindəki digər şirkətlər arasında İT məsələləri üzrə əlaqələndirici rolun yerinə yetirilməsi: sorğular əsasında layihə menecerinə eskalasiya etmək.
- Layihə meneceri ilə əməkdaşlıq çərçivəsində İT şöbəsi daxilində təcrübə mübadiləsi platformasının işə salınması: əməkdaşların bilik və təcrübə mübadiləsi aparmalarını təmin etmək.
- Sistem administratorları ilə əməkdaşlıqda İT avadanlığının vəziyyətinə nəzarət, qeydiyyatın aparılması və avadanlığın təmiri və ya dəyişdirilməsi təşkil etmək.
Namizədə tələblər:
- Yüksək səviyyədə Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi intermediate.
- Microsoft Excel, Word, Power Point proqramını yüksək səviyyədə bilmək.
- Ali təhsil.
- Tapşırıqları vaxtında yerinə yetirməsi.
- Diqqətcil, məsuliyyətli və operativ olması.
Şərtlər :
- İş rejimi: 5/2
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- İş yeri : Üzeyir Hacıbəyli 57 (Azinko binası)
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni " IT Assistant " mövzu hissəsində qeyd etməklə elektron poçtuna göndərsinlər.