Ofis Meneceri

  • Baxter Group
  • Elanın qoyulma tarixi: 01.09.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə : Ofis Meneceri

İşəgötürən: «Baxter Group» Tikinti və Konsultasiya şirkəti

Baxter Group bütün növ tikinti, mühəndislik, layihələndirmə və abadlaşdırılma işlərinin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Şirkətin komandası həm Azərbaycan həm də xarici ekspertlərdən ibarətdir. Şirkətin tərəfdaşları isə layihələndirmə, arxitektura, şəhərsalma və digər sahələrdə çalışan Avropanın ən qabağcıl şirkətləridir.

Tələblər:

-Təhsil: Ali və ya orta
-İş təcrübəsi:  əsas deyil
-Sənədləşmə və yazışma işlərinin bilməsi
-Ofis avadanlıqları ilə işləmək biliyi
-MS Office (Word, Excel, Outlook) və digər proqramların biliyi
-Dillər: İngilis (vacib), Azərbaycan, Rus dilləri
-Məsuliyyətli, punktual, ünsiyyət qurmaq bacarığı
-Davamiyyətli, Səliqəli
-Yaş həddi:  20 – 30
-Cinsi: Qadın

Vəzifə bölgüsü:

-Telefon zənglərinin cavablandırılması və yönləndirilməsi
-Cari işlərin icrasının nəzərdə saxlanılması
-Ofis daxili tələbat üzrə sənədlərin və yazışmanın hazırlanması, daxil olan və göndərilən məktubların qeydiyyatı,  ofisdaxili məktubların və digər sənədlərin tərtib olunması
-Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi

İş qrafiki həftə içi: 09:00-dan 18:00-dək
Şənbə: 09:00-13:00-dək
Bazar istirahət

Əmək haqqı:  450 AZN

Vakansiyaya maraq göstərən şəxslərdən öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə "Ofis Meneceri" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərməkləri xahiş olunur. Yalnız şəkilli CV-lərə baxılacaq.

Baxter Group tərəfindən digər vakansiyalar