Accountant

  • Baxter Group
  • Elanın qoyulma tarixi: 01.09.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə : Accountant

İşəgötürən: «Baxter Group» Tikinti və Konsultasiya şirkəti

Baxter Group bütün növ tikinti, mühəndislik, layihələndirmə və abadlaşdırılma işlərinin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Şirkətin komandası həm Azərbaycan həm də xarici ekspertlərdən ibarətdir. Şirkətin tərəfdaşları isə layihələndirmə, arxitektura, şəhərsalma və digər sahələrdə çalışan Avropanın ən qabağcıl şirkətləridir.

Tələblər:

- Ali təhsilli (Maliyyə, iqtisadiyyat  və s.)
- Dil bilikləri: Azərbaycan və rus dilləri əla səviyyədə, ingilis dili bilənlərə üstünlük veriləcək
- İş təcrübəsi: 5 il
- MS Office (Word, Excel,) və digər proqramların biliyi
- 1C programını bilənlərə üstünlük veriləcək
- Mühasibat əməliyyatlarının yüksək səviyyədə biliyi
- Müvafiq yerli hüquq bazasının mükəmməl biliyi
- Məsuliyyətli, punktual, ünsiyyət qurmaq bacarığı
- Davamiyyətli, səliqəli
- Qadın namizəd
- Yaş həddi: 25-45

Vəzifə bölgüsü:

- Şirkət tərəfindən həyata kemirilən bütün mühasibat əməliyyatlarının  qeydiyyatının təşkili və nəzarəti, nəzərdə tutulan vaxt limiti çərçivəsində mühasibat hesabatlarının təqdim edilməsi;
- Xərclərin və ödənişlərin nəzarəti sisteminin yaradılması, büdcə proqnozlarının hazırlanması
- Müfaviq yerli dövlət qurumları və banklar ilə iş əlaqələrinin aparılması, lazımi tamasların qurulması
- Mühasibat sənədlərinin arxivləşdirilməsi və sistemləşdirilməsi
- Rəhbərliyin digər tapşırıqlarının həyata keçirilməsi

İş qrafiki həftə içi: 09:00-dan 18:00-dək
Şənbə: 09:00-13:00-dək (gərək olduqda)
Bazar istirahət

Əmək haqqı:  700-800 AZN + bonus sistemi

Vakansiyaya maraq göstərən şəxslərdən öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə " Accountant " sözünü qeyd etməklə [email protected]  elektron poçtuna göndərməkləri xahiş olunur. Yalnız şəkilli CV-lərə baxılacaq.

Baxter Group tərəfindən digər vakansiyalar