İşin təsviri
Əsas vəzifələr:
- Müştərilərə səyahət planlaşdırması və rezervasiyası sahəsində yüksək səviyyədə dəstək vermək;
- Aviabiletlərin, otellərin, turların və digər səyahət xidmətlərinin rezervasiyasını həyata keçirmək;
- Müştəri sorğularına operativ cavab vermək və problemlərin həllini təmin etmək;
- Səyahət sənədlərinin hazırlanması və müştərilərə çatdırılması;
- Turizm bazarını izləmək və yeniliklərdən xəbərdar olmaq;
- Şirkətin daxili prosedurlarına riayət etmək.
Tələblər:
- Turizm sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərində səlis danışıq və yazılı ünsiyyət bacarığı;
- İngilis dili biliyi (üstünlük təşkil edir);
- Kompüter bilikləri (MS Office proqramları);
- Yüksək ünsiyyət və müştəri ilə işləmə bacarığı;
- Problem həll etmə və qərar qəbul etmə bacarığı;
- Komanda işinə hazırlıq;
- Səliqəli və məsuliyyətli olmaq.
Əlavə üstünlüklər:
- Amadeus, Sabre və ya digər rezervasiya sistemləri üzrə təcrübə;
- Turizm sahəsində ali təhsil.
Biz təklif edirik:
- Rəqabətə davamlı əmək haqqı;
- Sosial paket;
- Karyera inkişafı imkanları;
- Gənc və dostluq dolu kollektiv.
Əgər özünüzü təsvir olunan tələblərə uyğun görürsünüzsə, CV-nizi və əlaqə məlumatlarınızı elektron poçt ünvanına göndərin.
Əlaqə: +994552111719