İşin təsviri
İş barədə:
- Həkimlərlə davamlı əlaqə qurulması, hospitala cəlb olunması,
- Həkim ziyarətlərinin aylıq planlanaraq hazırlanması,
- Korporativ partnyorlardan gələn sorğuların cavablandırılması və ortaya çıxan məsələlərin rəhbərliyin dəstəyi ilə ən qısa zamanda həll olunması,
- Görülən işlərlə bağlı rəhbərliyə günlük və aylıq hesabatların verilməsi,
- İş rejimi: həftənin 6 günü, 09:00-18:00;
Namizədə tələblər:
- Tibbi təhsil (ali təhsili arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri isə arzuolunandır.
- Xarici görünüş və geyim səliqəli olmalı;
- Komandada işləmək bacarığı;
- Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli;
- Səlis və aydın nitq, ünsiyyət qabliyyəti yüksək, sistemli təqdimat və inandırma qabiliyyəti, danışıq aparma bacarığı.
Ünvan: Sumqayıt şəhəri
Tələblərə uyğun namizədlər CV-lərini “Tibbi menecer” başlığı altında [email protected] e-ünvanına göndərə bilər.