SƏTƏM üzrə mühəndis

İşin təsviri

İşin təsviri:

  • İş mebel fabrikində əməyin təhlükəsizliyi və bundan irəli gələn aidiyyatı vəzifələrin icrasından ibarətdir.

İş şəraiti:

  • Əmək haqqı razılaşma yolu ilə
  • Ofis Hövsan ərazisində yerləşir
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
  • İş saatı: Yarımştat

Vəzifə öhdəlikləri və tələblər:

  • Yeni işə qəbul olunanlarla, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək
  • İş yerində və peşə təlimatlarının keçirilməsini təşkil etmək və nəzarət etmək
  • Bütün işçilərin əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə müəyyən olunmuş qayda əsasında vaxtında və yüksək səviyyədə təlimatlandırılmasında və birliklərinin yoxlanılmasında iştirak və nəzarət etmək
  • Podratçı/subpodratçı təşkilatların iş sahələrində sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzrə qanunvericiliyin və normativ sənədlərin tələblərinə əməl edilməsinə mütəmadi nəzarət olunmasında iştirak etmək
  • Təlimatlarla bağlı sənədlərin düzgün aparılmasını təşkil etmək və yoxlamaq
  • Əməliyyat sahələri üçün müvafiq SƏTƏM jurnallarının aparılmasına nəzarət etmək, müntəzəm olar riskləri yenidən qiymətləndirmək, SƏTƏM nəzarətçilərinin aşkar etdiyi məsələlərə dair məsləhət vermək və aradan qaldırma tədbirlərini həyata keçirmək
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək
  • İstismar olunan avadanlıqların və texniki qurğuların, yükləri daşıyan nəqliyyat vasitələrinin, həmçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi sahəsi üzrə sertifikatlaşdırma, müvafiq lisenziyaların (icazələrin) və rəyinin alınması işlərinin icra olunmasında iştirak etmək.
  • Şirkətin risk qiymətləndirmələrini, təhlükəsizlik əməliyyat prosedurlarını və təhlükəsizlik tələblərini mütəmadi nəzərdən keçirmək və əməl olunmasına nəzarət etmək
  • Yanğın, elektrik, ətraf mühit, nəqliyyat və qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, lazımlı yoxlamaları aparmaq və hesabat vermək
  • İstehsal sahələrini və iş yerlərini plakatlarla, təhlükəsizlik və xəbərdaredici nişanlarla, və digər təbliğat vasitələri ilə təmin edilməsinə nəzarət etmək və müşahidə aparmaq

Müraciət CV- ilədir, başlığa “SETEM” qeyd edərək elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

Odunchu mebel şirkəti tərəfindən digər vakansiyalar