İşin təsviri
                
                
                                
                Vəzifə Öhdəlikləri:
	- İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
 
	- İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək. 
 
	- Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək .
 
	- İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların (xəbərdaredici,göstərici və s.) və lövhələrin siyahısını tərtib etmək.
 
	- Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə  təlimlər keçmək;
 
	- İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;
 
	- İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək;
 
	- Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;
 
	- Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək.
 
Namizədə dair tələblər:       
	- Təhsil səviyyəsi: Ali texniki təhsil
 
	- İş təcrübəsi: istehsalat sahəsi üzrə 1 il iş təcrübəsi;
 
	- Müvafiq qanunvericilik aktları və normalarını üzrə biliklər;
 
	- Fhn-in də şəhadətnaməsi vacibdir;
 
	- Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır;
 
	- Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları Məsuliyyətli, çevik, stressə dözümlülük səriştələri
 
Təklif edirik:
	- İş qrafiki: 6 günlük (6-cı gün qısaldılmış)
 
	- Əmək haqqı: 800 AZN NET (Başlanğıc, 2 ay sonra 1000 AZN)
 
	- Yaxşı iş mühiti və peşəkar komanda
 
	- Azərbaycan Respublikası-nın ƏM uyğun işə qəbul
 
Ünvan: Binəqədi rayon, Biləcəri qəs, Binəqədi şos, 8F
Əgər siz bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi elektron poçt ünvanına göndə bilərsiniz.