Baş Mühasib (Supermarket Şəbəkəsi)

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 30.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
  • İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Melissa Store supermarketi

İşin Təsviri:

  • Supermarket şəbəkəsinin mühasibat uçotunun tam və düzgün aparılmasını təmin etmək;
  • Maliyyə əməliyyatlarının düzgün qeydiyyatını aparmaq və aylıq maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Vergi bəyannamələrinin, DSMF və statistika hesabatlarının vaxtında hazırlanması və təqdim olunması;
  • Debitor və kreditor borclarını izləmək və uyğunlaşdırmaq;
  • Təchizatçılar və tərəfdaşlarla maliyyə hesablaşmalarını nəzarətdə saxlamaq;
  • Bank əməliyyatlarının idarə edilməsi və müvafiq sənədlərin hazırlanması;
  • Mühasibat və vergi uçotunun qurulması, qanunvericiliyə əsasən, sənədlərin düzgün arxivləşdirilməsini təmin etmək;
  • Vergi və digər maliyyə yoxlamaları zamanı hesabatların hazırlanması və təqdim olunması.

Namizədə Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
  • Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (supermarket və ya pərakəndə satış sektorunda təcrübə üstünlükdür);
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu ilə bağlı qanunvericiliyi üzrə yüksək biliklər;
  • 1C mühasibatlıq proqramında və digər mühasibat proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Microsoft Office proqramlarında (xüsusilə Excel) peşəkar səviyyədə işləmə bacarığı;
  • Məsuliyyətli, dəqiq və analitik düşüncə qabiliyyətinə malik olmaq;
  • Azərbaycan dilində sərbəst danışmaq, rus və ingilis dili bilikləri üstünlükdür.

Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Baş Mühasib” qeyd edərək, elektorn poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi