Baş mühasib

  • Medsol
  • Elanın qoyulma tarixi: 07.02.2025

İşin təsviri

Əsas vəzifələri:

  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək.
  • Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
  • Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək
  • Aylıq Mənfəət hesabatını yoxlamaq, Maliyyə direktoruna təqdim etmək
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək
  • Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi
  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək
  • Dövriyyə qalıq cədvəlini hesablar üzrə yoxlamaq, uyğun sənədlərlə üzləşdirilmək

Namizədə tələblər:

  • Ali Təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə 
  • Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə təcrübəyə malik olmaq
  • Baş mühasib kimi ən azı 3 il iş təcrübəsi
  • Peşəkar mühasib sertifikatı olmalıdır
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
  • Komanda ilə işləmə bacarığının olması
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq

 İş yeri:

  • İş yeri; Bakı şəh, Nəsimi rayonu 
  • Əmək haqqı: 2000-3000 azn

 

Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerinə "Baş mühasib" yazmaqla [email protected] e-mail ünvanına göndərə bilərlər.