İşin təsviri
İş barədə məlumat:
- Kitab seçimində müştəriyə kömək etmək və alternativ çeşidlər təklif etmək
- Kİtabların səliqəli şəkildə rəflərə yığılması, qiymət etiketlərinə, bölmələrə nəzarət;
- Yeni gələn kitablar və digər məhsulları satışa hazırlamaq
- Kitabların təbliğatını bacarmaq
- Satış texnikasının üslublarından effektiv istifadə etmək
- Müştəri məmnuniyyətinin təmin etmək
Namizədə tələblər:
- Xarici dil biliyi: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
- Mütaliəni sevən və satış sahəsində minimum 1 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
- Kitab oxumağı sevən,kitablar və müəlliflər barədə biliyi olan
- Dünyagörüşlü, cəld, işə və komandada işləməyə həvəslə yanaşan
- Məsuliyyətli və fəal olan
- Özünü satışda təsdiqləyən və gələcəyini bu sahədə görən
- Effektiv ünsiyyət və güclü təqdimat bacarığı olan
- Səlis nitq qabiliyyəti və xoş görünüşlü
- Cins: fərq etmir
- Satış təcrübəsi: 1-2 il
İş şəraiti:
- Əmək haqqı : 500 AZN + satışdan bonus sistemi mövcuddur
- İş qrafiki : Həftədə 6 gün (növbəli iş qrafiki)
- İş saatı: Həftədə 3 gün səhər smeni (10:00-19:00), 3 gün günorta smeni (14:30-22:00)
- Həftədə bir gün istirahət günü (həftə içi)
- Part-time iş olmadığı üçün təəssüfki tələbələrin dərs cədvəli ilə iş rejimi uyğunlaşmır.
Qeyd: Yalnız tələblərə cavab verən və tələbə olmayan şəxslərlə əlaqə saxlanılacaq.
Təsdiq olunan namizədlərə sınaq müddəti: 2 həftəyə qədər (ödənişsiz)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satıcı - konsultant” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.