“Halal-P” şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət kiçik, orta və böyük mətbəələr üçün CTP sistemləri, vərəqli və rulonlu ofset maşınları, rizoqraflar, müxtəlif dərəcələr üçün çapdan sonrakı avadanlıqlar, bank avadanlıqları, böyük ölçülü printerlərin satışı və quraşdırılmasını həyata keçirir. Şirkət 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribüteridir.
“Halal-P” şirkəti Satış nümayəndəsi vəzifəsinə vakansiya elan edir.
İş haqqında məlumat:
- Bank və çap avadanlıqlarının satışının həyata keçirilməsi
- Yeni müştərilərin cəlb olunması üçün axarışların aparılması
- Müştəri portfelinin inkişaf etdirilməsi istiqamətində işlərin görülməsi
- Mövcud müştərilərlə olan əlaqənin davam etdirilməsi
- Müştərilərə müəssisə, avadanlıq və onun xüsusiyyətləri haqqında düzgün və ətraflı məlumatın verilməsi
- Tenderlərdə iştirak edilməsi
- Satışın aylıq və illik planının tərtib və icra edilməsi
- Satış şöbə müdirinin tapşırıqlarının vaxtında yerinə yetirilməsi
- İş qrafiki həftə içi saat 09:00-18:00, şənbə günləri 09:00-14:00, bazar günləri istirahət günüdür
- Əmək haqqı namizədin təcrübə və qabiliyyətindən asılı olaraq danışıq yolu ilə təyin olunmuç maaş və əlavə bonuslardan ibarətdir.
Namizədlər olan tələblər:
- Texniki, iqtisadiyyat, marketinq sahəsində ali təhsil
- Satış sahəsində minimum 2 il iş təcrübəsi
- Bazarın spesifik xüsusiyyətləri barədə biliklər
- Azərbaycan və rus dilində ünsiyyət bacarıqları
- Danışıqlar aparmaq və inandırmaq qabiliyyəti
- Yazılı və şifahi ünsiyyətin yüksək səviyyədə təqdim olunması
- Pozitiv davranış və düşüncə tərzi
- Ölkə daxili və xarici ezamiyyətə getmək imkanı
Uyğun namizədlər Elektron məktubun SUBJECT qrafasında “Satış nümayəndəsi” yazaraq öz CV –lərini [email protected] ünvanına göndərə bilərlər.
“Halal - P” MMC
Bakı ş., S.S.Axundov, 5F, 2-ci mərtəbə
Tel: (+99412) 4971021, 4974021
Faks: (+99412) 4976415
e-mail: [email protected]