İşin təsviri
İş barədə məlumat
- Gündəlik kargüzarlıq işinin təşkili və ofis daxili işlərin yerinə yetirilməsi, həmçinin yönləndirilməsi zamanı icrasına nəzarət
- Müvafiq sənədlərinin hazırlanması, yoxlanması və düzgün arxivləşdirilməsi
- Müqavilələrin, təkliflərin və digər rəsmi sənədlərin tərtibi edilməsi
- Elektron və fiziki sənəd dövriyyəsinin idarə edilməsi
- Müştərilər, tərəfdaşlar və daxili şöbələr ilə koordinasiyanın təmin olunması
- Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırılması və yönləndirilməsi
- Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək
- Lazım olduğu təqdirdə həftəlik və aylıq hesabatların hazırlanması
Namizədə tələblər
- Xanım namizəd
- Ali təhsil mütləqdir
- Yaş həddi: 22-35
- Müvafiq sahədə təcrübə mütləqdir, təcrübəsiz namizədlərin müraciyyətlərinə baxılmayacaq
- Azərbaycan dilində səlist nitq və fikrini sərbəst izah etmə qabiliyyətinə malik olmalıdır, Rus dili üstünlükdür
- Kompyuterdə, həçinin ofis avadanlıqları ilə işləməyi sərbəst bilməlidir
- Aktiv və çevik olmalıdır
İş şəraiti
- İş saatı: 09:00-18:00
- Həftədə 1gün istirahət
- Əmək haqqı müsabiqə zamanı namizədin bilik və bacarığına görə təyin ediləcək
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə
Namizədlərdən şəkilli CVlərini e-mailin mövzu hissəsində “Ofis koordinatoru” qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.