Çağrı mərkəzi operatoru

  • MY SHOPS MMC
  • Elanın qoyulma tarixi: 14.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələr və məsuliyyətlər

  • Müştərilərdən daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat vermək.
  • Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq.
  • Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək.
  • Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək.
  • Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək.
  • Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq, müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək.
  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana ünsiyyət qurmaq.
  • Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsi.

Tələb edilən bacarıqlar və təhsil

  • Təhsil: Minimum orta ixtisas və ya ali təhsil (elektronika və ya satış sahəsində üstünlük verilir).
  • Təcrübə: Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır.

Bacarıqlar:

  • Yüksək ünsiyyət bacarıqları.
  • Problem həll etmə qabiliyyəti.
  • Müştəri məmnuniyyətini təmin etmə bacarığı.
  • Müvafiq texniki biliklər və məhsullar barədə məlumat.
  • Satış və xidmət göstərmə bacarıqları.
  • Komanda ilə işləmək və müstəqil işləmə qabiliyyəti.
  • Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı.
  • Dil bacarıqları: Azərbaycan və Rus dili - əsas; İngilis dilləri arzuolunandır.

İş saatları və əmək şərtləri

  • İş saatları: Çağrı mərkəzinin fəaliyyət saatlarına uyğun olaraq 5 günlük iş qrafiki ilə növbəli iş rejimi 
  • Əmək haqqı: Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.
  • İş yeri: Çinar Plaza, H.Əliyev pr.152

Uyğun namizədlər CV fomalarını poçt ünvanına MÖVZU HİSSƏDƏ VAKANSİYA ADINI qeyd edərək göndərə bilərlər.