İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətin satınalma ehtiyaclarına uyğun olaraq tenderlərin hazırlanması və keçirilməsi proseslərini idarə etmək;
- Tender sənədlərinin hazırlanması və təhlil edilməsi, tender proseslərinin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Təchizatçı və xidmət təminatçıları ilə əlaqə qurmaq, onların təkliflərini qiymətləndirmək və müqavilə şərtlərini müzakirə etmək;
- Tenderlərə təqdim olunan təkliflərin müqayisəsini və qiymətləndirilməsini aparmaq, nəticələr haqqında rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
- Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması;
- Satınalma siyasətlərinə uyğun olaraq tender sənədlərinin və müqavilələrinin arxivləşdirilməsi;
- Tender prosesi zamanı şirkətin təmsil olunması;
- Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə);
- Satınalma və tenderlərlə bağlı minimum 2 il iş təcrübəsi;
- Tender prosesi və satınalma qanunvericiliyi haqqında geniş bilik;
- Microsoft Office proqramları və satınalma sistemləri ilə işləmə təcrübəsi.
- Azərbaycan dili və Rus dili bilikləri əla səviyyədə (İngilis dili biliyi üstünlükdür);
- Elektron hökümət portalı ilə işləmə bacarığı;
- Metal məmulatlar bazarı və məhsulları haqqında biliklər;
- Yüksək səviyyədə analitik düşünmə və qiymətləndirmə bacarığı;
- Müxtəlif təchizatçı və tərəfdaşlarla effektiv əlaqə qurma qabiliyyəti;
- Yüksək ünsiyyət bacarıqları, komandada işləmə qabiliyyəti.
İş şərtləri:
İş yeri: Theferr Trade, Bakı, Azərbaycan
İş qrafiki: Həftəiçi 5 gün, 09.00-18.00
Əmək haqqı: Razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma (Tenderlər) üzrə Mütəxəssis Vakansiyası” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.