Risklərin İdarə olunması departamentinin Şöbə Rəisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 11.08.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Kapital” Bank  ASC namizədləri  Risklərin İdarə olunması departamentinə Şöbə rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi;
• Kredit, bazar və əməliyyat risklərinin idarə edilməsi və təkmilləşdirilməsi üçün  təkliflərin verilməsi;
• Risk menecment alətlərinin generasiyası və tətbiq edilməsi;
• Bankdaxili prosedurların qiymətləndirilməsi və təkmilləşdirilməsini təklif etmək;

Tələblər:

• İnsanları idarə etmə təcrübəsi;
• Risklərin idarə olunması, maliyə, audit/ mühasibatlıq üzrə azı 3 il təcrübə (idarəçilik təcrübəsinə üstünlük verilir);
• MS Office, xüsusilə MS Excel-dən təkmil istifadə bacarığı;
• İngilis və rus dilləri - sənədləşmənin və peşəkar ədəbiyyatın oxunması;

• Xüsusi bacarıqlar:
o məntiqi və analitik düşünmə tərzi,
o yüksək təqdimat bacarığı,
o kollektivdə çalışma,
o ünsiyyət qurmaq qabiliyyəti.

Əgər bu meyarlara cavab verirsinizsə, xahiş olunur, CV-nizi "Risklərin idarə olunması”  qeydilə  [email protected]  ünvanına göndərəsiniz.

Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik!

Ərizə qəbulu üçün son tarix – 5 sentyabr 2014 il.

İşəgötürənin reytinqi