Merçendayzer

İşin təsviri

Vəzifə təlimatları haqqında:

  • Topdansatış və pərakəndəsatış ticarətçiləri və fərdi istehlakçılar arasında şirkətin təklif etdiyi məhsullara, konkret məhsul markasına tələbatı stimullaşdırmaq;
  • Bazara  hazırlıq və ya yeni məhsulun layihələndirilməsi üzrə: yeni məhsul haqqında istehlakçıları  məlumatlandırmaq;  potensial alıcı seqmentini  formalaşdırmaq.
  • Yeni bazara çıxış üzrə: satışı intensivləşdirmək; potensial alıcıların sayını artırmaq; məhsul seçimində alış motivinə diqqəti cəlb etmək və alışı  stimullaşdırmaq; məhsul istehsalçısı və müəssisənin imicinə lazımi münasibəti formalaşdırmaq; məhsulların satış coğrafiyası haqqında məlumat vermək.
  • Kütləvi  satış üzrə: istehlakçı qruplarını stabilləşdirmək; satışın optimal səviyyəsini və məhsulun rəqabət qabiliyyətini təmin etmək; satışı genişləndirmək.
  • Tələbın formalaşdırılması: istehlakçıların yeni məhsullara tələbatının formalaşması ilə əlaqədar köhnə məhsulların reklamını dayandırmaq (demarketinq funksiyası); yeni məhsulu reklam etdirmək; istehlakçılarda alış qərarlarını formalaşdırmaq.
  • Geniş istehlakçılara və mütəxəsislərə hesablanmış reklam vasitələrini (reklam materiallarını və reklam daşıyıcılarını) paylamaq.
  • Ticarət nöqtələrinin satış rəflərində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirilməsini, standarta uyğun düzülüşünü təmin etmək.
  • Müəssisənin reklam tədbirlərinin effektiv planlaşdırılması, qərarların qəbul edilməsi, onların həyata keçirilməsi və əldə olunmuş nəticələrin qiymətləndirilməsində iştirak etmək.
  • Bilməlidir: marketinqin təşkilinin əsasını; ilkin sənədlərin formasını və onların doldurulma qaydasını; hesablamaların aparılması və hesabatın tərtib olunma qaydasını; satışın təşkilinin formalarını; müəssisənin bölmələrinin strukturunu; daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

İş haqqında məlumat:

  • İş yeri: Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 1
  • İş qrafiki: 5 günlük iş qrafiki, saat 09:00-dan 18:00-dək
  • İşə qəbul, Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Namizədə tələblər:

  • Müvafiq sahədə azı 1 il iş stajına malik olmalıdır;
  • Azərbaycan dilini yüksək səviyyədə bilməlidir4
  • Yaş aralığı: 35 yaşa gədər;
  • İntizamlı və məsuliyyətli;
  • Komanda ilə işləmək bacarığı;

Vakansiyaya müraciət üçün CV-nizi “Merçendayzer” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

SAFE TRADE 2024 MMC tərəfindən digər vakansiyalar