İşin təsviri
Vəzifə təlimatları haqqında:
- Nəqliyyat və logistika ilə bağlı uçotun aparılmasını və hesabatların hazırlanmasını təşkil etməli;
- Sifarişlərin düzgün yüklənməsinə və çatdırılmasına nəzarət etməli;
- Sürücülərin xüsusi qrafiklərinin hazırlanmasını təmin etməli;
- Logistik proseslərin optimallaşdırılmasına yönəlmiş təklifləri irəli sürməli;
- Nəqliyyat vasitələrinin idarə edilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılmasını təşkil etməli;
- Yeni nəqliyyat vasitələrinin Yol Polisi İdarəsində qeydiyyata salınması və sürücülərə təhvil verilmə prossesini təşkil etməli;
- Yeni nəqliyyat vasitələrinin lazımi sığorta növləri ilə təmin edilməsini təşkil etməli;
- Şirkətin nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və lazım olduqda təmirini təşkil etməli;
- Şirkətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət etməli;
- Təmirə dayanan avtomobillerin vaxtında təmir olunması, ehtiyat hissələrinin vaaxtında gətirilməsi lazım olan ehtiyat hissəsinin və inventarın təcili tapılmasının təşkilini təmin edir.
- Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət edir
- Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərinin daxili satınalma qaydalarına əsasən icra olunmasını təşkil etməlidir.
İş haqqında məlumat:
- İş yeri: Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 1
- İş qrafiki: 5 günlük iş qrafiki, saat 09:00-dan 18:00-dək
- İşə qəbul, Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında
- Mobil nömrə şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı
- Azərbaycan dilini bilmək;
- MS office proqramlarını bilməli
- Komanda şəklində işləməyi bacarmalı
Vakansiyaya müraciət üçün CV-nizi “Dispetçer” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.