Satış meneceri

İşin təsviri

Tan Media komandamıza “ Satış Meneceri üzrə Təcrübəçi” axtarırıq!

Əgər insanlarla ünsiyyəti sevirsənsə, danışmaqdan çəkinmirsənsə və “satış bacarığımı inkişaf etdirim” deyirsənsə — bu təcrübə proqramı sənin üçündür🎉

2 aylıq təcrübə proqramı ərzində əldə edəcəksən:

  •  Satış strategiyalarının hazırlanması və icrasında iştirak
  •  Yeni müştəri bazasının yaradılması və mövcud müştərilərlə münasibətlərin gücləndirilməsi
  •  Müştəri ehtiyaclarını anlamaq və onlara uyğun məhsul təqdim etmək
  •  Soyuq zənglər vasitəsilə yeni müştərilərlə əlaqə qurmaq
  •  Satış sonrası əməliyyatlar, çatdırılma və ödəniş proseslərini izləmək
  •  Korporativ və fərdi görüşlərdə, müştərilərlə düzgün ünsiyyətin qurulması prosesini müşahidə etmək
  •  Media və kommunikasiya mühitində real iş təcrübəsi qazanmaq

✅ Namizədlər üçün tələblər:

  • Satış sahəsinə maraq və öyrənməyə açıq olmaq
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • Komanda ilə işləmək və təşəbbüskar davranmaq
  • Analtik düşünmə bacarığı
  • Karyera və inkişaf meyilli yanaşma

💡 Proqram haqqında:

    •    Müddət: 2 ay
    •    İş qrafiki: Həftədə 5 iş günü (yarım iş günü)
    •    Təcrübə müddəti ödənişsizdir, lakin satış göstəricilərinə əsasən bonuslar verilir 💸
 
Qeyd: Tələbə və ya yeni məzun olmuş şəxslər də müraciət edə bilər. Uğurlu namizəd üçün proqramın sonunda iş imkanı yaradıla bilər🎉

CV-nizi [email protected] ünvanına və ya +994555813162 nömrəmizə “ Satış Meneceri üzrə Təcrübəçi” yazaraq göndərə bilərsiniz.