Tərcüməçi

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçiriləcək “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində tərcüməçi vəzifəsi üzrə

MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• İngilis dili, xüsusilə də şifahi/yazılı tərcümə sahəsində ali təhsil;
• Müvafiq sahədə ən azı beş illik iş təcrübəsi;
• Dünya Bankı və digər beynəlxalq qurumlar tərəfindən maliyyələşdirilən layihələrdə ən azı bir illik iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl bilməsi;
• Kompüter bilikləri, MS Ofis və oxşar proqram təminatı ilə iş bacarığı.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected], [email protected]

Maraqların ifadəsi üzrə bildiriş D/19.0-MX

Sənədlər 24 avqust 2014-cü il saat 18:00-dək qəbul edilir.