İşin təsviri
Təsvir
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
- Elektrik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını müəyyənləşdirmək;
- Layihələndirmədə elektrik sistemlərin məlumatlarını, estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələndirmədə elektrik sistemlərin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin elektrik hissəsinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
- Layihənin elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək;
- Layihələrin elektrik hissəsinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə birbaşa rəhbərinə öz texniki rəyini təmin etmək;
- İstehsalatda elektrik avadanlıqlarının və kabel xətlərinin quraşdırma işləri zamanı texniki nəzarət işlərini həyata keçirmək və Baş Podratçınan lazımı sənədləri tələb etmək
- İstehsalatın elektrik və mexanik sistemləri üzrə sınaq və inspeksiyalarında iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Rəsmi Qurumlar tərəfindən tələb edilən sənədlərin hazırlanmasını təmin etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə rəy vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Tələb edildiyi halda istismarda olan layihərdə mexaniki sistemlər üzrə ilkin müayinə aparmaq və rəhbərliyə hesabat hazırlayıb təqdim etmək;
- Layihələndirmədə elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Tələblər
- Elektrik mühəndisliyi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə azı 5 il işləməklə minimum 10 il (tikinti və ofis) iş təcrübəsi;
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, IEC, BS, NFPA;
- Dil bilikləri:Azərbaycan dili - səlis; İngilis və Rus dilləri – yaxşı;
- Kompüter bilikləri: MS Office, AutoCAD;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
Vakansiya haqqında
- Son tarix may 31, 2025
- Paylaşılıb yanvar 06, 2025
- Vakansiya növü Tam ştat
- Təcrübə 5 ildən artıq
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
- Əmək haqqı 2 000 – 2 500 AZN (müsahibə zamanı aydınlaşır)
- 6 günlük iş
- Avtomobil çirkət tərəfindən
- Korporativ nömrə
CV-lər “Baş elektrik mühəndisi” yazaraq bu mail- ə göndərilməlidir [email protected]