Marketinq üzrə mütəxəssis

  • Group Motors
  • Elanın qoyulma tarixi: 27.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliklər:

  • Marketinq ilə bağlı sorğular, ödənişlər, müqavilələr və logistika üçün əsas əlaqə nöqtəsi kimi çıxış etmək, sorğulara vaxtında və peşəkar şəkildə cavab vermək;
  • Marketinq komandasına gündəlik əməliyyatların planlaşdırılması və icrasında, həmçinin şöbədaxili proseslərin idarə olunmasında dəstək vermək;
  • Marketinq direktoruna kampaniyalar üçün məzmunların koordinasiya olunması və promo materialların yenilənməsində dəstək göstərmək;
  • Satış materiallarının təmin edilməsi, marketinq aktivlərinin idarə olunması və satış ofisləri üçün yoxlamaların həyata keçirilməsi;
  • Müqavilələrin, fakturaların, ödənişlərin və təzminatların izlənməsi, həmçinin büdcə idarəetməsi və maliyyə axınlarının proqnozlaşdırılmasında iştirak;
  • Marketinq tədbirlərinin təşkil edilməsi;
  • Rəqiblər, müştərilər və trendlər haqqında araşdırmalar aparmaq və strateji qərarları dəstəkləmək;
  • Təşkilat qaydalarına uyğunluğun təmin edilməsi üçün tenderlər və məhsul/xidmət təchizatçılarının seçimini idarə etmək;
  • Marketinq fəaliyyəti ilə bağlı səfərlərin təşkili, yazışmaların, hesabatların və təqdimatların hazırlanması.

Namizədlərə tələblər:

  • Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • İş təcrübəsi: Marketinq ilə əlaqəli sahədə ən azı 2 il iş təcrübəsi
  • Dil bilikləri: (azərbaycan, ingilis, rus - əla səviyyədə)
  • Analitik təhlil bacarığı, fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı yanaşma bacarığı. ERP və ya CRM sistemləri və marketinq avtomatlaşdırma alətləri ilə tanışlıq üstünlükdür
  • Microsoft Office bilikləri, Süni İntellekt alətləri ilə işləmə bacarığı, yeni proqram və sistemləri tez öyrənmə, dərin araşdırma və analiz bacarıqları

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Marketinq üzrə mütəxəssisqeyd etməklə elektron poçt ünvanına göndərsinlər.