İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müştərilərdən nəğd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək.
- Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
- Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləmək, nəzarətdə saxlamaq və hesabatını aparmaq
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönəltmək
- Kassaya mədaxil və məxaricləri və satış əməliyyatlarını sistemə daxil etmək
- Yaranan problemlərlə bağlı rəhbərliyə vaxtında müraciət etmək
Namizədə tələblər:
- Ali və ya orta təhsil;
- Ünsiyyətcil, məsuliyyətli, işində səliqəli və dəqiq olmalıdır;
- Mükəmməl Azərbaycan dili (rus dili arzuolunandır) biliyi
- İş təcrübəsi 1 ildən 3 ilə qədər
- İşində dəqiq və məsuliyyətli olmalı
- Riyazi biliklərə malik olmalı
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək
- Müştərilərlə işləmək bacarığı, müştəri yönümlü olmaq
İş yeri:
İş yeri; Bakı şəh, Nərimanov rayonu
Əmək haqqı: NET 500 azn
Vakansiya ilə maraqlanan şəxslər CV-ni mövzu yerinə "Xəzinədar və ya Kassir" yazmaqla [email protected] e-mail ünvanına göndərə bilərlər.