İşin təsviri
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli olmalı;
- Sahə üzrə minimum 1-2 il iş təcrübəsinə malik;
- Azərbaycan dilini sərbəst bilməli;
- MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
- İşgüzar və məsuliyyətli olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
Hansı işləri görəcəksiniz:
- Müqavilələrin tərtibi və yoxlanılması;
- Məhkəmə və dövlət orqanlarında müəssisəni təmsil etmək;
- İş və yaşama icazələrinin alınması və müddətinin uzadılması;
- Məhkəmə və icra işlərinin reyestrinin aparılması və izlənməsi;
- Hüquq menecerinin digər tapşırıqlarını icra etmək.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq 18.01.2025-ci il tarixinədək qeyd edilmiş elektron poçt ünvanına göndərilməsi xahiş olunur.