İşin təsviri
Yalnız Xanım Namizədlər Üçün İş İmkanı.
İş şəraiti:
- İş Yeri: Bakı. küç, Əhməd Rəcəbli 236
- İş Rejimi: Tam ştat
Biz Kimik?
Muffin və Cookside kafeterya olaraq, müştərilərimizə yüksək keyfiyyətli xidmət və ləzzətli menyular təqdim edirik. Brendlərimizin sosial media kanallarını inkişaf etdirmək üçün yaradıcı və təcrübəli bir SMM axtarırıq.
Vəzifə və Öhdəliklər:
- Hər iki restoran üçün sosial media strategiyalarının hazırlanması və həyata keçirilməsi
- Günlük kontent planlarının hazırlanması və paylaşımların idarə olunması
- Sosial mediada izləyicilərlə aktiv ünsiyyət qurmaq (şərh və mesajların cavablandırılması)
- Sosial media kanallarının performansına dair hesabatların hazırlanması
- Restoranlarımızın imicinə uyğun foto və video kontentin yaradılması
Namizədə Tələblər:
- Sosial media platformaları və reklam alətləri üzrə geniş təcrübə (Facebook, • Instagram, TikTok və s.)
- Kreativ düşüncə və kontent hazırlama bacarığı
- Mətbəx və restoran sektoru üzrə maraq və bilik (üstünlükdür)
- Foto və video redaktə proqramlarını bilmək (Photoshop, Canva, CapCut və s.)
Üstünlük Veriləcək:
- Əvvəlki təcrübə və uğurlu layihələrə dair portfoliolar
- Kreativ qrafik dizayn bacarıqları
- İngilis dili (üstünlükdür)
Biz Təklif Edirik:
- İki maraqlı və fərqli restoran brendi ilə işləmə imkanı
- Əməkhaqqı (təcrübə və bacarıqlara uyğun olaraq razılaşdırılacaq)
- Yaradıcı və dəstəkçi komanda mühiti
- Dizayn dəstəyi
Necə Müraciət Etməli?
Maraqlanan namizədlərdən CV və portfolio-larını "COOKSIDE" yazaraq göndərin elektron poçt ünvanına göndərmələri xahiş olunur.