Tender Mütəxəssisi

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi;
  • Tender üzrə tələb olunan sənədlərin "Dövlət satınalmaları haqqında" AR qanunvericiliyə uyğun hazırlanması;
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Tender proseslərinin gedişatı və nəticələri haqqında illik və aylıq hesabatların hazırlanması;

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Tikinti üzrə olması üstünlükdür);
  • Müvafiq sahədə min. 3 il iş təcrübəsi;
  • Tikinti sahəsi barədə məlumatlı olması.
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq və səliqədə tutmaq
  • Məsuliyyətlilik, problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
  • MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti;
  • Kommunikasiya və biznes ünsiyyət bacarığları;

İş şəraiti:

  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək;    
  • 6 günlük iş qrafiki
  • İş saatı 09:00-17:00-dək

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Tender mütəxəssisi" yazmaqla qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.