İşin təsviri
Namizədə tələblər:
- Təhsil:Ali
- Yaş həddi: 23-30
- Adobe Photoshop, Adobe Illustrator, Adobe After Effects proqramlarında işləmə bacarığı
- Xarici dillər arzuolunandır
- Kreativ yanaşma
- Məsuliyyətli və diqqətli olmaq
- Komandada işləmə bacarığı
- Bu sahədə minimum 2 il iş təcrübəsi
İş barədə məlumat:
- Brend kimliyimizə uyğun sosial media hesabları üçün diqqət cəlbedici statik və hərəkətli qrafik vizuallar yaratmaq;
- Çöl reklamları vizuallarının hazırlanması;
- Ehtiyac yarandıqca şirkətin çap vizuallarının və ya rəqəmsal təqdimatlarının dizayn olunması;
- Marketinq və ya kreativ komanda ilə yaxın əməkdaşlıq etmək, layihələr üçün vizual konseptlər yaratmaq;
- Tipoqrafiyanı anlamaq və effektiv şəkildə tətbiq etmə;
- Deadline-lar və briflə işləyə bilmə, detallara qarşı diqqətli yanaşma;
- Effektiv və kreativ şəkildə eyni anda müxtəlif layihələr üzərində işləyə bilmə bacarığı;
- Dizayn sahəsindəki müasir trendləri izləmək və onları tətbiq etmə;
- Komanda müzakirələrinə və görüşlərinə qatılmaq, fikir və ideyaları paylaşmaq.
Əlavə məlumatlar:
- Əmək haqqı: Ştat cədvəlinə uyğun
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini və portfoliosunu e-mailin mövzu hissəsində “Qrafik dizayner” sözlərini qeyd edərək aşağıdakı elektron poçt ünvanına göndərsinlər.