Mühasib

İşin təsviri

“Vijn Fond AzərKredit” MMC Mühasib vəzifəsinə işçi qəbulu elan edir.

“Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.  Mühasib AzərKredit təşkilatının Baş Mühasibinə hesabat verəcək.
İş yeri AzərKredit təşkilatının Baş Ofisində olacaq.

Əsas vəzifə və öhdəlikləri:

• Filiallarda mühasibat uçotunun aparılmasına nəzarət;
• Baş Ofisdə həyata keçirilən təsərrüfat əməliyyatlarının uçotunun aparılması;  
• Baş Ofisin kassa kitabına və kassa qalığına nəzarət;
• İnvestorlarla hesablashmaların uçotu və nəzarəti;
• Təşkilata məxsus minik avtomobillərinin sığorta təminatına nəzarət;
• Debitor və kreditorlarla hesablaşmalara nəzarət;
• Büdcə hazırlanması prosesində iştirak etmək;
• Daxili və xarici audit prosesinə dəstək;
• Əmək haqqı, ona bərabər tutulan digər ödənişlərin və müavinətlərin hesablanması;
• Maliyyə-mühasibat sənədlərinin qorunub saxlanması;
• Dövri vergi bəyannamələrinin, statistika və DSMF hesabatlarının hazırlanması və qanunverciliklə tələb olunan vaxtadək təqdim olunması;
• AR Mərkəzi Bankına tələb olunan hesabatların və digər məlumatların təqdim olunması;  
• Filiallardan alınmış uçot informasiyalarına əlavə və düzəlişlər etməklə onların mühasibat proqramına (Sun System) daxil edilməsi;
• Əsas vəsait və qeyri-maddi aktivlərin uçotunun aparılması və amortizasiyanın/köhnəlməsinin hesablanması;
• Təsdiq olunmuş ödənişlərin müvafiq qaydada icra olunması; 
• Dövri maliyyə və digər hesabatların hazırlanması;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali təhsil (ali iqtisadi təhsili olanlara üstünlük verilir);
• Mühasibat sahəsində ən az 1 il iş təcrübəsi;
• Mühasibat uçotunun aparılmasına dair normativ qaydaları və metodoloji göstərişləri bilmək;
• Microsoft Office proqramlarında işləmək qabiliyyəti;
• AR Vergi və Əmək qanunvericiliyini bilmək;
• Regionlara səfərlərə getməlk imkanı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
• Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 31 iyul 2014-cü il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘Mühasib’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected]  Faks: (+994 12) 597 30 39  www.azercredit.az