İşin təsviri
Biz kreativ və yenilikçi komandamıza təcrübəli Sosial Media Meneceri axtarırıq! Əgər rəqəmsal marketinq və sosial media aləmində bacarıqlı və yeni trendləri izləyən birisinizsə, bu imkan sizin üçündür.
Əsas vəzifələr:
- Şirkətin sosial media strategiyasının hazırlanması və icra olunması
- Kontentin yaradılması (mətn, şəkil, video) və sosial media platformalarında paylaşılması
- Sosial media kampaniyalarının planlaşdırılması və idarə edilməsi
- Şirkət brendinin onlayn görünüşünün artırılması və izləyicilərlə aktiv ünsiyyətin qurulması
- Sosial mediada fəaliyyətin təhlil edilməsi və hesabatların hazırlanması
- İzləyici statistikalarının izlənməsi və kontentin optimallaşdırılması
- Müasir sosial media trendlərinin və alətlərinin izlənməsi və tətbiqi
Tələblər:
- Sosial media idarəçiliyi sahəsində ən azı 2 il iş təcrübəsi
- Facebook, Instagram, LinkedIn, TikTok və digər platformalar haqqında dərin bilik
- Rəqəmsal marketinq üzrə biliklər və analitik düşünmə qabiliyyəti
- Yaradıcı və detallara diqqət yetirən olmaq
- Azərbaycan və rus dilində mükəmməl yazı bacarığı və düzgün kommunikasiya qurma qabiliyyəti
- Photoshop, Canva və ya digər dizayn proqramlarında işləmə bacarığı arzuolunandır
Təklif edirik:
- Əmək haqqı: 800-1000AZN
- Kreativ və dinamik iş mühiti
- Peşəkar inkişaf və karyera irəliləyiş imkanı
Müraciət etmək üçün:
Əgər bu vakansiya sizin üçün maraqlıdırsa, CV-nizi və portfolionuzu elektron poçt ünvanına göndərin və mövzu bölməsində “Sosial Media Meneceri” qeyd edin.