İşin təsviri
Vəzifə öhdəlikləri:
- Xarici köçürmə ödənişlərini həyata keçirilməsi (Xarici əməkdaşlar tərəfindən təsdiq edilmiş və təqdim edilən sənədlər üzrə ödəniş prosesinin mühasibatlıq proqramı üzərindən internet bank vasitəsilə icra edilməsi)
- Logistika ödənişlərini mühasibatlıq proqramına daxil edilməsi
- Logistika ödənişləri üzrə məbləğlərin bank çıxarışlarında və mühasibatlıq proqramında qeyd olunan rəqəmlərlə yoxlanılması və hesabat aparılması
- Bank hesablarının mühasibat proqramı üzərindən üzləşməsinin həyata keçirilməsi
- Xarici valyutalar üzrə bank ödənişləri ilə bağlı hesabatların hazırlanması və ayın bağlanması prosesində iştirak etməsi
- Xarici valyutalar üzrə bank ödənişlərini ERP də əks etdirilməsi
Təhsil:
- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi sahəsində Ali təhsil
Təcrübə:
- Maliyyə və Mühasibat sahəsində 1 ildən çox təcrübə
Professional biliklər:
- Maliyyə uçotu
- İngilis dili yaxşı səviyyədə
- 1C programı
- MS Office Proqramları
Professional bacarıqlar və kompetensiyalar:
- Detallara diqqət
- Zamanın idarəolunması
- Analitik düşüncə
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədarlıq üzrə Mütəxəssis (Xarici ödənişlər üzrə)” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.