İşin təsviri
Namizədə tələblər:
- Təhsil – Ali (Maliyyə üzrə təhsil arzuolunandır)
- Yaş – 30-45
- Kompüter bilikləri – MS Office, 1C - yüksək səviyyədə
- Xarici dil: Rus dili – arzuolunandır
- Ezamiyyələrə hazır olmalı;
- Məlumatların emal edilməsi və struklaşdırılması bacarığı;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Məsuliyyətlilik, planlaşdırma və vaxtdan düzgün istifadə, komandada işləmək bacarıqları.
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Satış bölməsinin əməkdaşlarının iş prosesinin nəzarətdə saxlanılması, satış ərazisində sayımların, təhvil-təslim və inventarizasiya proseslərinin aparılması;
- Təftiş prosesinin təşkili və həyata keçirilməsi
- Satış və digər bölmələrin əməkdaşlarının fəaliyyətin keyfiyyət göstəricilərin ölçülməsi məqsəd ilə müştərilərlə danışıqların aparılması;
- Aşkar olunmuş çatışmazlıqların aktlaşdırılması və həlli istiqamətində zəruri addımların atılması.
- Rəhbərliyin tapşırığı ilə hər hansı bir struktur bölməsinin auditinin aparılması
- Aparılmış auditlə bağlı hesabat hazırlayır, nəzarətdə olan işlərlə bağlı struktur bölmə rəhbərlərinə rəsmi sənədlərin hazırlanması
- Ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarət və zərərdən mühafizəsinin təmin edilməsi
İş barədə məlumat:
- Əmək haqqı – Namizədin bilik və təcrübəsindən asılı olaraq müsahibə əsasında müəyyən olunacaq.
- İş qrafiki – 09:00-18:00
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Auditor” qeyd edərək öz CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərməyi xahiş olunur.