Satınalmalar üzrə baş mütəxəssis

  • GT LLC
  • Elanın qoyulma tarixi: 07.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • Peşəkar komanda ilə işləmək fürsəti;

İşin təsnifatı:

  • Şirkətin icmal satınalma sorğuları ilə məşğul olmaq, zəruri hallarda müqavilənin predmeti və müqavilə bağlandıqdan sonra idarəetmə tələbləri ilə bağlı sifarişçilərlə bütün cari əlaqələr üçün vahid əlaqələndirici şəxs qismində çıxış etmək;
  • Şirkətdə mərkəzləşdirilmiş AVL (təsdiq edilmiş təchizatçı siyahısı) proseslərini idarə etmək;
  • Satınalma platformasını idarə etmək, son istifadəçilərə cari fəaliyyətlə bağlı məsləhətlər vermək;
  • Şirkətdə satınalmaların konsolidasiyası proseslərində (konsolidasiya edilmiş imkanların formalaşması üçün tələb planı çərçivəsində) iştirak və yardım etmək;
  • Satınalma siyasətlərinin, prosedurlarının və proseslərinin uyğunlaşdırılmasını təmin etmək üçün əlaqəli tərəflərlə görüşlər keçirmək;
  • Qiymət sorğuları və iri həcmli tenderlərin müvafiq qaydalara uyğun təşkili;
  • Şirkət daxili satınalma prosedurlarına və əmrlərinə riayət olunmasına nəzarət;
  • Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;
  • Sifariş edilmiş mal-material və ya xidmətlərin 5Q standartlarına uyğun şəkildə təşkilinin idarə edilməsi;
  • Satınalma fəaliyyətləri ilə bağlı məsələləri birbaşa rəhbərlə təhlil etmək, qiymətləndirmək və əlaqələndirmək;
  • Təchizatçılarla görüşlərin keçirilməsi, danışıqların aparılması təkliflərin qiymətləndirilməsi;
  • Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi.

Namidə aid tələblər:

  • Maliyyə, iqtisadiyyat və ya hər hansı digər əlaqəli sahədə bakalavr/magistr dərəcəsi;
  • Oxşar imkanlara malik PSCM (satınalma və təchizat zəncirinin idarə edilməsi) vəzifələrində 5 ildən çox təcrübə;
  • CIPS sertifikatına üstünlük verilir;
  • MS Office proqramlarında (xüsusilə Excel) yaxşı işləmə bacarığı;
  • Detallara diqqət və problem həll etmə bacarığı;
  • Məxfiliyin qorunmasına, təşkilati siyasət və prosedurlara əməl etmək Danışıqlar aparmaq, münaqişələri həll etmək və idarə etmək bacarığı;
  • Təzyiq altında işləyərkən sübut edilmiş nəticəyönümlü bacarıqlar nümayiş etdirmək;
  • Daxili proses tərəfdaşları və tədarükçülərlə dərhal qarşılıqlı münasibət və əlaqələr qurmaq bacarığı;
  • Azərbaycan və ingilis dillərində güclü şifahi və yazılı biliklər (minimum şərt kimi orta səviyyədən yuxarı), rus dili biliyi üstünlükdür.

Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Satınalmalar üzrə baş mütəxəssis”qeyd etməklə qeyd edilmiş e-mail ünvanına göndərəsiniz.

GT LLC tərəfindən digər vakansiyalar