İşin təsviri
                
                
                                
                Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
	- Bu vəzifənin rolu təlimatlara uyğun olaraq məhsullara müvafiq və cəlbedici məzmun təqdim etməkdir
 
Vəzifə öhdəlikləri:
	- Məzmunun yaradılması və həyata keçirilməsinə cavabdehdir, lakin başqa saytda yerləşdirilən məzmunun kopyalanması qadağandır.
 
	- Məzmunda plagiat olmamasını təmin edir.
 
	- Hədəf auditoriyasına uyğunluğunu artırmaq üçün mövcud məhsul məzmununu redaktə etmək və təkmilləşdirmək.
 
	- Vebsayt üçün 3 dildə (Azərbaycan, Rus, İngilis) yazılı məzmun yaradır.
 
	- Məzmunu araşdırır, yazır və redaktə edir və digər şöbə əməkdaşları ilə əlaqə saxlayır.
 
	- Məhsul almaq və brendləri tanıtmaq istəyini artırmaq üçün vebsayt ziyarətçiləri üçün cəlbedici məzmunun yazılmasına cavabdehdir.
 
	- Məhsulun konfiqurasiyası və ölçülərinin təfərrüatlarını əlavə edir (bir qayda olaraq, onlar brendin rəsmi saytından götürülür), retuş edilmiş fotoşəkilləri yükləyir.
 
	- Hər iş gününün sonunda saytda yerləşdirilən bütün məhsulları yoxlayır.
 
	- Kateqoriyaların və brendlərin saytda düzgün göstərilib-göstərilmədiyini yoxlayır, səhvləri dərhal düzəldir.
 
Təhsil:
	- İstənilən sahə üzrə bakalavr dərəcəsinə üstünlük verilir.
 
Təcrübə:
	- Məzmun yaradılmasında təcrübə və ya sübut edilmiş nəticələr.
 
Vəzifə üzrə tələblər:
	- Azərbaycan, rus və ingilis dillərini yaxşı bilmək.
 
	- Əla yazı və redaktə bacarıqları.
 
	- MS Office Proqramları
 
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məzmun (Content) Yazarı” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.