Yayım meneceri (art direktor)

İşin təsviri

Yayım Meneceri (Art Direktor)

Vəzifə öhdəlikləri:

- Aparat yayım studiyalarına nəzarət işini təşkil etmək;
- Canlı efirdə çalışan səs operatorlarının işlərini təşkil etmək və nəzarəti həyata keçirmək;
- Efirə veriləcək proqramların hazırlanması və nəzarət işini təşkil etmək;
- Pley-listlərin düzgün tərtibinə nəzarət etmək;
- Yayım texnoloqiyasının modernləşdirilməsi və optimallaşdırılmasınıtəmin etmək;
- Rəhbərliyin əmr və sərəncamlarının yerinə yetirmək;
- Efir jurnalında, efirə buraxılan verilişə cavabdeh olan müvafiq xidmət işçiləri tərəfindən edilmiş yazılara nəzarət etmək;
- Efir zamanı video materialların dəyişdirilməsi, düzəlişlərin edilməsi, efirə verilməsi, loqotiplərin verilməsi, efir zamanı qaçan sətirlərin və xüsusi loqotiplərin buraxılması prosesində iştirak edən prodüserlər və digər müvafiq xidmətlərin əməkdaşları ilə birgə təlimatı hazırlamaq;
- Efirdə gedən qüsurların və onun səbələrinin təhlili, gələcəkdə efirdə qüsurların qarşısını almaq üçün müvafiq tədbirləri görmək;
- Gündəlik,  lazımi formada tərtib edilmiş hesabatları Şirkətin Baş Direktoruna təqdim etmək;
- Kadrların seçilməsi, yerləşdirilməsi və təlimini təşkil və təmin etmək;
- Departament nəznində çalışan əməkdaşların təlimatlarının hazırlanması və təsdiq edilməsini təşkil və təmin etmək;
- Bilavasitə direktorun xidməti tapşırıqları yerinə yetirmək

Tələblər:

- Bu sahədə ən azi 2 il iş stajı
- Dil Bilikləri - Azərbaycan (Əla), Rus (Əla) və İngilis (Yaxşı)
- Windows, MS office (Word, Excel, PowerPoint)
- Stressə davamlı,
- Məsuliyyətli ,
- Kollektivi əla almaq bacarığı
- Işgüzar

Iş qrafiki:

- 1-5–ci günlər- 09:30-18:30-dək, Şənbə - 09:30-17:30-dək, Bazar günü - istirahət

* Maraqlanan şəxslərdən CV formalarını hr@ansgroup,ws e-mail ünvanına mövzu bölməsində "Yayım meneceri (art direktor)" qeyd edərək göndərməyiniz xahiş olunur. Sizin CV-niz göstərilən vakansiyaya uyğun olduğu zaman sizinlə əlaqə saxlanılacaq.

ANS Şirkətlər Qrupu tərəfindən digər vakansiyalar