Hüquq və insan resursları departamentinin müdiri

  • Air Group
  • Elanın qoyulma tarixi: 02.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər

  • Müvafiq sahə üzrə ali təhsil
  • Hüquq və insan resursları sahəsində ən azı 5 il müvafiq iş təcrübəsi (rəhbər vəzifədə)
  • Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
  • Kollektivlə ünsiyyət qurma bacarığı
  • Stresə davamlı
  • Səliqəli və ciddi xarici görünüş
  • Azərbaycan, ingilis və rus dillərini bilməli.

İş barədə məlumat                                                                                                                                                                                               

  • Şirkətin fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək;
  • Şirkətin fəaliyyətinin normativ bazasının yaradılması işini təşkil etmək;
  • Şirkətin müqavilə tərtibat işinin, iddia və tələblər üzrə işlərinin təşkilini etmək;
  • Şirkətin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
  • Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək
  • Şirkətin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də şirkətin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
  • Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini, eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatlar aparmaq;
  • Şirkətin rəhbərliyinin təsdiqinə təqdim olunan əmr, təlimatların, əsasnamələrin və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlamaq;
  • Təqdim edilən sənədin qanunvericiliyə zidd olan hissəsi üzrə hüquqi rəy vermək, həmin sənəd lahiyənin qanunvericiliyə uyğunlaşdırılması məqsədilə tövsiyyələr vermək və düzəlişlərin aparılması üçün aidiyyəti üzrə təqdim etmək;
  • Qanunvericiliyə uyğun olaraq əmək münasibətlərinin idarəedilməsini həyata keçirmək;
  • Perfomansın İdarəetmə sisteminin tətbiq etmək  və idarə etmək;
  • Şirkətin strateji hədəflərinə əsasən Insan Resursları sahəsində təlim və inkişaf proqramların həyata keçirmək;
  • İnsan Resurslarına dair prosedurları hazırlayıb, izləmək;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işi təşkil etmək; 
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunmasını həyata keçirmək;
  • Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işini təşkil etmək;
  • İşə qəbul prosesinin  həyata keçirmək və idarə etmək;
  • Vakansiyalar ilə bağlı elanların yerləşdirmək;
  • Vakansiyanın tələbini müəyyən etmək və vakansiyalar üzrə müraciət etmiş namizədlərlə görüşlərin keçirdikdən sonra nəticələri rəhbərliyə bildirmək;
  • Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun tərtib etmək;
  • Əmək üzrə perspektiv və illik planları hazırlamaq;
  • Departamentin fəaliyyəti barəsində tələb olunan zaman hesabatlar hazırlamaq;
  • Ümumi fəaliyyətlə bağlı aylıq və rüblük hesabatların hazırlanması.

 Əlavə məlumatlar:

  • Əmək haqqı: 2000 AZN 
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
  • Korporativ nömrə və danışıq balansı

Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Hüquq və insan resursları departamentinin müdiri” sözlərini qeyd edərək elektron poçt ünvanına göndərsinlər.əmi