İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- Potensial müştərilər ilə əlaqə yaradaraq, onların şirkətə müştəri kimi cəlb edilməsini təmin etmək üçün,  şirkət tərəfindən keçirilən təlimdə tam şəkildə öyrədilən məhsul və xidmətlər haqqında məlumatın verilməsi 
- Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması 
- Səlis, aydın və inandırıcı mətnlər yazmaq
- Fəaliyyəti haqqında rəhbərliyə günlük/həftəlik/aylıq hesabat verilməsi
Namizədə Tələblər:
	- Ali təhsil üstünlükdür;
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
- Effektiv kommunikasiya və təqdimat bacarığı; 
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində səlis yazmaq və oxumaq bacarığı
- Satış üzrə minimum 1 il iş təcrübəsi.
QEYD: Satış sahəsində daha öncə işləyən, (yüksək məbləğdə istənilən kateqoriya əşya satışı üstünlükdür) özünə güvənib, yüksək məvacib qazanmaq istəyən namizədlərin müraciət etməsi tələb olunur.
Şərtlər:
	- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
- İş rejimi: 09:00-dan 18:00-dək;
- Həftənin 6 günü (Şənbə günü yarım iş günü);
- Bayramlar qeyri iş günü;
- Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi;
- Əmək haqqı 600 AZN + premiya (satış həcminə görə 1000-5000 azn);
- Perspektivli və artan vəzifə imkanı
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Satış üzrə Mütəxəssis” qeyd etmələri xahiş olunur.