İşin təsviri
Vəzifə öhdəlikləri:
- Keyfiyyət standartlara uyğun bütün sənədləşmə prosedurlarının həyata keçirilməsini təmin etmək və həyata keçirilmiş sənədləşmələrinin yoxlanılması (ISO 9001:2015, İSO 10002:2018, İSO 10003:2018);
- Keyfiyyətli idarəetmə, müştəri məmnuniyyətinin təmin edilməsi ilə bağlı təlimatları, formaları, prosedurları, çeklistlərin hazırlanmasına nəzarət;
- Keyfiyyət problemləri ilə bağlı müştərilərin və işçi heyətinin şikayətlərini araşdırmaq və həll yolu hazırlamaq;
- Keyfiyyətli idarəetmə sisteminin qurulması və tətbiqinə dair təqdimatların hazırlanmaq;
- Biznes proseslərin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
- Keyfiyyət standartları üzrə statistik hesabatların hazırlanması;
- Müştəri şikayətlərinin minimuma endirilməsi və yarana biləcək risklərin maksimum səviyyədə aradan qaldırılması, müxtəlif təlimlər keçirilməsində iştirak etmək;
- Aidiyyəti sahələrdə planlaşdırılmış şəkildə risk qiymətləndirilməsinin aparılması, cari risklərin dəyərləndirilməsi və gələcək risklərin proqnozlaşdırılması;
- Yaranmış risk faktorlarının aradan qaldırılması, düzəldici, önləyici fəaliyyət mexanizmlərinin (DÖF) sistematik tətbiqi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı;
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmək bacarığı.
- Keyfiyyətə nəzarət sertifikatı üstünlükdür.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər: https://qlor.me/m1hqghhx9z
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.