Feldşer (Sumqayıt)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 30.06.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.

Azərsun Holdinq  Feldşer vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.

İş haqqında məlumat:

- İş yeri Sumqayıt şəhəri yaxınlığındadır;
- Xəstələrə vaxtında ilk tibbi yardımın göstərilməsi;
- İlk tibbi yardımdan sonra xəstənin xəstəxanaya göndərilməsi və ya ehtiyac olan zaman müşayiət edilməsi;
- Xəstəxana profillərini bilməsi, xəstənin diaqnozuna əsasən müvafiq xəstəxanaya göndərilməsi;
- Xəstəlik səbəbindən əmək qabiliyyətini itirmiş və həkim qəbuluna gələ bilməyəcək qədər ağır vəziyyətdə olan işçiləri evində ziyarət edərək prosedur qaydalarına uyğun tibbi yardımın göstərilməsi;
- Tibb məntəqəsinə müraciət edən işçilərin sarğılarının dəyişdirilməsi.

Əsas tələblər:

- Orta ixtisas tibb təhsili (texnikum);
- Ən azı 1 il iş təcrübəsinə malik olmalı;
- Ofis proqramlarını (MS Word, MS Excel) bilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 02.08.2014  tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Feldşer (Sumqayıt)”) qeyd olunmalıdır.

*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi