İşin təsviri
Vəzifə Öhdəlikləri:
- Vergi siyasətinə uyğun hesabatlarının (Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV, Mənfəət) tətbiqi və düzgün icrası
- Mühasibat və vergi məsələləri üzrə metodik dəstək, mühasibat qaydalarının araşdırılması, biznes vahidlərinə müvafiq məsləhətlərin verilməsi
- Vergi, gömrük və digər dövlər orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Hesabatların hazırlanması (Əmlak, statistik hesabat, DSMF, mənfəət vergisi hesabatı)
- Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi
- İş prosesi ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası
Tələblər:
- Təhsil: Ali (Mühasibatlıq, Maliyyə)
- Təcrübə: Müvafiq sahədə minimum 5 il
- Sertifikat- Orta və iri sahibkarlıq fəaliyyəti üzrə PMS sertifikatı
- Vergi, gömrük, mülki və digər əlaqəli qanunvericilik sahələri üzrə biliklər
- Riyazi məntiq, analitik düşünmə və təhliletmə bacarığı
- Detallara diqqət, məsuliyyətlilik, dəqiqlik və etibarlılıq
Əlavə təminatlar:
- Nahar
- Korporativ nömrə
- Servis xidməti
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Vergi və gömrük işləri üzrə şöbə rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır