İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
- Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
- Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi;
- Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı);
Tələb olunan bilik və bacarıqlar:
- Müvafiq sahədə ali təhsil
- 5 ildən çox müvafiq sahədə iş təcrübəsi
- Kompüter bilikləri (Microsoft Office proqramları);
- Əlavə olaraq çertyoj çəkmə üçün proqramlar (Autocad)
- Azərbaycan və rus dili biliyi;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- Məsuliyyətli olmalı;
- Təşkilatçılıq bacarıqlarına sahib olmalı;
- Dəqiqlik;
- Detallara diqqət yetirməyi bacarmalı
İş qrafiki:
- Bazar ertəsi – Şənbə: 09:00 - 18:00
Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “İnşaat mühəndisi” yazmaqla öz CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər