Strategiya və layihə idarəetməsi departamenti, Layihə idarəetməsi şöbəsi – Böyük mütəxəssis (İT layihə meneceri)

İşin təsviri

Əsas vəzifə  funksiyalari:

  • Layihənin idarə edilməsi üzrə metodoloji rəhbərliyi formalaşdırır və yeni çağırışlara uyğunluğunu təmin edir;
  • İT layihələrin idarə edilməsi üzrə yeni yanaşmaların, o cümlədən layihələrin idarə edilməsi sisteminin tətbiq edilməsini təşkil edir; 
  • Biznes tələblərinin analizi və təsdiqlənmiş tələblər üzərindən texniki tapşıqların hazırlanmasında iştirak edir;
  • Layihə üzrə maraqlı tərəflərdən toplanmış tələblərin dəyərləndirilməsində iştirak edir;
  • İT layihələrin planlaşdırılması, idarə edilməsi və koordinasiyasını həyata keçirir;
  • Layihə nəticələrinin keyfiyyətini və etibarlılığını təmin etmək üçün test strategiyalarının hazırlanmasında iştirak edir;
  • Test hallarını, ssenariləri və keyfiyyət meyarlarını müəyyən etmək üçün test komandaları ilə koordinasiyalı fəaliyyət göstərir;
  • İnteqrasiya testi, istifadəçi qəbulu testi (UAT) və performans testi və s. daxil olmaqla test fəaliyyətlərinin icrasına nəzarət edir;
  • Layihənin bütün keyfiyyət və performans meyarlarına cavab verdiyinə əmin olmaq üçün test nəticələrini nəzərdən keçirir və təsdiqləyir;
  • Layihələrin layihə planına uyğun icrasına nəzarəti, monitorinq və hesabatlığını həyata keçirir; 
  • Layihələr üzrə dəyişiklik tələbləri, eləcə də risklərin idarə edilməsini həyata keçirir;
  • Layihə komandalarına metodoloji dəstək göstərir və layihə idarəetməsi üzrə təlimlər həyata keçirir;
  • Layihənin düzgün icrasını təmin etmək üçün daxili şöbələr, xarici təchizatçılar və maraqlı tərəflərlə əlaqə saxlamaq;
  • Layihələrin yekunlaşması prosesini idarə edir və layihə yekunlarının rəhbərliyə təqdim edilməsini təmin edir; 

Tələb  olunan biliklər və bacariqlar:            

  • Layihələrin idarəolunması
  • Strateji planlaşdırma 
  • Analitik təhlil etmə 
  • Maliyyə sektoru üzrə biliklər 
  • Təşkilatçılıq və planlaşdırma 
  • Ünsiyyətqurma və komanda ilə işləmək və liderlik bacarığı; 
  • Analitik düşünmə bacarığı;
  • Araşdırma aparma
  • Vaxtın idarəedilməsi bacarığı
  • Qərar qəbul etmə bacarığı;

Digər tələblər:

  • Dil bacarıqları - Azərbaycan dili - yüksək səviyyədə  / İngilis dili - yüksək səviyyədə 
  • Təcrübə - Müvafiq sahədə ən azı 4 il 
  • Təhsil - Müvafiq sahədə (idarəetmə, iqtisadiyyat, tətbiqi riyaziyyat, informasiya texnologiyaları, kompüter elmləri, mühəndislik və s. əlaqəli ixtisaslar üzrə) ali təhsil
  • Kompüter bacarıqları - MS Office (word, excel, ppt, project, visio), Jira yüksək səviyyədə
  • Sertifikatlar - Layihə idarəetməsi üzrə beynəlxalq sertifikasiya (PMP, PMI-ACP, PMİ- PBA, İTİL və digər sertifikasiya) üstünlükdür.