İşin təsviri
Əsas vəzifələr:
- Şirkətin sosial media strategiyasının hazırlanması və icra olunması
- Kontentin yaradılması (mətn, şəkil, video) və sosial media platformalarında paylaşılması
- Sosial media kampaniyalarının planlaşdırılması və idarə edilməsi
- Şirkət brendinin onlayn görünüşünün artırılması və izləyicilərlə aktiv ünsiyyətin qurulması
- Sosial mediada fəaliyyətin təhlil edilməsi və hesabatların hazırlanması
- İzləyici statistikalarının izlənməsi və kontentin optimallaşdırılması
- Müasir sosial media trendlərinin və alətlərinin izlənməsi və tətbiqi
Tələblər:
- Sosial media idarəçiliyi sahəsində ən azı 2 il iş təcrübəsi
- Facebook, Instagram, LinkedIn, TikTok və digər platformalar haqqında dərin bilik
- Rəqəmsal marketinq üzrə biliklər və analitik düşünmə qabiliyyəti
- Yaradıcı və detallara diqqət yetirən olmaq
- Azərbaycan və rus dilində mükəmməl yazı bacarığı və düzgün kommunikasiya qurma qabiliyyəti
- Photoshop, Canva və ya digər dizayn proqramlarında işləmə bacarığı arzuolunandır
Təklif edirik:
- Rəqabətə davamlı əmək haqqı
- Kreativ və dinamik iş mühiti
- Peşəkar inkişaf və karyera irəliləyiş imkanı
Müraciət etmək üçün:
Əgər bu vakansiya sizin üçün maraqlıdırsa, CV-nizi və portfolionuzu qeyd edilmiş e-mail ünvanına göndərin və mövzu bölməsində “Sosial Media Meneceri” qeyd edin.