Daxili audit departamentinin Eksperti

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 18.06.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Daxili audit departamentinin Eksperti

Bankımız haqda:

1994-cü ildə “Tuqay” adı altında ölkənin ilk kommersiya banklarından biri olaraq qeydiyyatdan keçmişdir. 1997-ci ilin fevral ayında təsisçilərin qərarı ilə bankın adı “Bank of Baku” Birgə Səhmdar Kommersiya Bankı adı ilə əvəzlənmişdir. 2004-cü ildən etibarən bankımız Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Hazırda fəaliyyətdə olan 24 filial və 1 inzibati ofis müştərilərimizə bütün növ bank xidmətləri göstərir.
Bankımızın uzunmüddətli hədəfi fərdlərə, kiçik və orta biznesə müasir və keyfiyyətli maliyyə məhsulları və xidmətlərini təqdim edən aparıcı maliyyə qurumu kimi qalmaqla bərabər, həm də fəaliyyətini inkişaf etdirməkdir.

Əsas vəzifə və öhdəliklər:

- Gündəlik məlumatların toplanılması;
- Yeni yoxlama fayllarının yaradılması;
- Əməliyyatların təhlil edilməsi və araşdırılması;
- Periodik olaraq hesabatların təqdim edilməsi.

Tələb olunan kriteriyalar:

- Ali təhsil ( maliyyə və ya audit sahəsində təhsilin olması üstünlük təşkil edir);
- 1 ilədək iş təcrübəsinin olması;
- Bank işi sahəsində bilik/təcrübənin olması üstünlük təşkil edir;
- Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti;
- Təhlil etmə bacarığı;
- Məsuliyyətli və dəqiq;
- Azərbaycan dilini əla bilmək (Rus və İngilis dili biliklərinin olması üstünlük təşkil edir);
- MS Office proqramlarında işləmək bacarığı.

Yuxarıdakı tələblərə uyğun namizədlər “Subject” qrafasında “Audit” yazmaqla öz CV-lərini və ya bankın saytından (http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html) əldə edilmiş “İşə müraciət formu”nu (şəkillə birlikdə) Azərbaycan dilində [email protected] ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 15 İyul 2014-cü ildir. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.

İşəgötürənin reytinqi