İşin təsviri
Vəzifə öhdəlikləri:
- Kampaniyalar, sosial media paylaşımlarının və digər məzmunların hərəkətli vizuala salınması;
- Infoqrafik, 2D ve 3D qrafika, video, animasiya və hərəkətli (motion) qrafik kompozisiyaların hazırlanması;
- Motion post və videoların hazırlanması;
- Korporativ standartlara uyğun vizual həllərin hazırlanması;
- Yaradıcı və məntiqi yanaşma.
Tələblər:
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Yüksək dizayn, rəng, tipoqrafika, estetika və proqram bilikləri;
- Adobe Illustrator, Adobe Photoshop, Adobe after effect, Adobe Premiere Pro (Montaj bacarığı) proqramları üzrə biliklər;
- DaVinci Resolve, 3d soft proqramları üzrə biliklər üstünlükdür;
- Gündəlik iş yükü üzrə vaxtın düzgün idarə olunması;
- Həvəsli, sürətli və nəticə yönümlü işləmək;
- Məsuliyyətlilik və detallara qarşı diqqətli yanaşma.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV və portfolioları e-mail vasitəsilə mövzu yerinə “Motion dizayner” yazmaqla qeyd edilmiş elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır