İşin təsviri
Vəzifə öhdəlikləri:
- İllik büdcələrin və proqnozların hazırlanmasına rəhbərlik etmək.
- Fərqləri təhlil edib və rəhbərliyə məlumatı təqdim etmək.
- Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təqdim etmək. (BMHS və İdarəetmə hesabatları)
- Maliyyə hesabatları standartlarına (BMHS/GAAP) uyğunluğu təmin etmək.
- Məlumat toplamaq və maliyyə hesabatı proseslərini təkmilləşdirmək üçün müxtəlif departamentlərlə əməkdaşlıq etmək.
- Strateji maliyyə təhlili və qərarların qəbulu üçün dəstək təmin etmək.
- Maliyyə hesabatlarına baxış/audit zamanı kənar audit əməliyyatlarının əlaqələndirilməsi.
- Büdcə və Hesabat Rəhbərinin digər tapşırıqları
Namizəd üçün tələblər:
- Maliyyə, Mühasibatlıq və ya müvafiq sahədə bakalavr dərəcəsi (ACCA və digər beynəlxalq sertifikatlara üstünlük verilir).
- Büdcə tərtibatı və maliyyə hesabatları üzrə minimum 2-3 il təcrübə.
- Minimum ACCA F3, F7 olması
- Word, Excel, 1C və Power Point proqram biliyi
- Azərbaycan, rus və ingilis dillərini bilməli
- Maliyyə modelləşdirməsi və qabaqcıl Excel bacarıqları.
- IFRS/GAAP standartlarını yaxşı başa düşmək.
- 1C proqram təminatı ilə iş təcrübəsi
- Əla analitik və ünsiyyət bacarıqları.
- Məsuliyyətli və diqqətçil
Şərtlər :
- İş rejimi: 5/2
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- İş yeri : Baku White Office
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni " Senior Budgeting and Reporting Specialist " mövzu hissəsində qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.