Restoran meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Restoranın fəaliyyətinin təşkili
  • Standartların tələblərinə riayət edilməsinə nəzarət
  • Müştərilərlə danışıqların aparılması
  • Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət
  • Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi
  • Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək
  • Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək
  • İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
  • Heyətin iş qrafiki, istirahət günləri və daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
  • İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak
  • Gigiyena və təhlükəsizlik qaydalarına uyğun olaraq ehtiyac yarandıqda mətbəx personalına dəstək olmaq.
  • Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin etmək.

 Namizədə dair tələblər:

  • İş təcrübəsi : Müvafiq sahədə işçi kimi  iki ildən az olmayaraq iş təcrübəsi
  • Yüksək səviyyədə ünsiyyət qurabilmə və təşkilatçılıq qabiliyyəti
  • Detallara diqqət etmək bacarığı
  • Əmək intizamına riayət etmək
  • Kollektivdə işləmək bacarığı;
  • Kompüter bilikləri: MS Office (Excell, Word)

 İş şəraiti:

  • İş qrafiki: 6 günlük 
  • İstirahət günü: 1 gün

Təminatlar:

  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
  • Əmək haqqı:  razılaşma yolu ilə

Uyğun namizədlər öz cvlərini “Restoran Meneceri” başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.