İşin təsviri
ƏSAS VƏZİFƏ FUNKSİYALARI:
- Şöbənin əməliyyat planına müvafiq olaraq bölmənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsini təşkil edir;
- İnformasiya texnologiyaları infrastrukturunun layihələndirilməsində, yaradılmasında, sınaqdan keçirilməsində və istismara verilməsində iştirak edir;
- İnformasiya texnologiyaları infrastrukturunun, o cümlədən server və əməliyyat sistemləri və verilənlər bazasının fəaliyyətini təmin edir;
- İnformasiya sistemlərinin fasiləsiz fəaliyətinin təmin edilməsi üçün Mərkəzi Bankın Ehtiyat Mərkəzində əməliyyatların davamlılığı və fəaliyyətin bərpası prosedurlarını həyata keçirir;
- Mərkəzi Bankın Mərkəzi ofisi, Ehtiyat Mərkəzi və Ərazi İdarələrində fiziki və virtual infrastrukturunun etibarlı və davamlı fəaliyyətini təmin edir;
- İnformasiya texnologiyaları infrastrukturu komponentlərinin ehtiyat surətlərinin idarə edilməsi işlərini həyata keçirir;
- Server və arxiv avadanlıqlarının quraşdırılması, konfiqurasiya edilməsi və idarə olunması işlərinin təşkili və icrasını reallaşdırır;
- Mərkəzi Bankın Mərkəzi ofisi, Ehtiyat Mərkəzi və Ərazi İdarələrində yerləşən server otaqlarında fiziki avadanlıqların daimi və davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə nəzarət funksiyasını icra edir;
- İnfrastruktur komponentlərinin, əməliyyat sistemləri və verilənlər bazasının daimi monitorinqi və yaranan problemlərin aradan qaldırılması üzrə işlərin təşkilini icra edir;
- İnformasiya sistemlərində və verilənlər bazasında baş verən problemlərin analiz edilməsi və qarşısının alınması üçün tədbirlər görülməsini təmin edir;
- İnfrastruktur avadanlıqlarının, o cümlədən server, əməliyyat sistemləri və verilənlər bazasının yenilənməsi və təkmilləşdirilməsi üzrə işlərin icrasını təmin edir;
- İnformasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi üzrə təklifləri formalaşdırır;
- Bölmənin funksiyalarına aid olan məsələlər barədə müraciətlərə və məktublara cavablar hazırlayır;
- Bölmə öhdəliyində olan lahiyələrdə iştirak edir;
- Rəhbərliyin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.
TƏLƏB OLUNAN BİLİKLƏR:
- Liderlik və komanda idarəetmə bacarığı;
- Dəyişiklik, insident, problem menecmenti üzrə təcrübə;
- Məhsul olduğu avadanlıq və proqram təminatlarının büdcə planlaması üzrə təcrübə;
- Texniki sənədlərin tərtib edilməsi üzrə təcrübə;
- Müvafiq sahə üzrə normativ-metodoloji sənədlərlə iş bacarığı;
- Data Mərkəzinin idarə edilməsi üzrə bilik və iş təcrübəsi;
- Virtualizasiya sistemlərinin idarə edilməsi üzrə təcrübə;
- Veaam B&R ehtiyat nüsxələmə sistemi üzrə təcrübə;
- Microsoft/Linux tipli server əməliyyat sistemləri ilə iş təcrübəsi;
- Monitorinq sistemlərinin idarə edilməsi üzrə iş təcrübəsi
Tələblər:
- Təhsil - Ali təhsil tələb edilir
- Təcrübə - İT sahəsində 5 il, müvafiq idarəetmə sahəsində 2 il iş təcrübəsi
- Dil bilikləri - Azərbacan dili – yüksək səviyyədə / İngilis dili – orta səviyyədə
- Kompüter bacarıqları - MS Office yüksək səviyyədə