İşin təsviri
DEADLİNE 01.11.2024
Efendiler Group 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil, tikinti sahələrində çalışan tanınmış şirkətlər daxildir. Avtomobil sahəsində qrup Porsche, Audi, Geely, Chery və Zeekr kimi avtoistehsalçıların distribütor şirkətləri və Efendiler Group servis mərkəzi, tikinti sektorunda Bakıxanov Rezidens Komplekslər Qrupu ilə təmsil olunub.
Resepşn vəzifəsi
Vəzifə öhdəlikləri:
- Daxil olan zənglər, sənədlər və digər məlumatlar barədə adiyyatı şəxsləri məlumatlandırımaq və zərurət yarandıqda lazimi ünvana istiqamətləndirmək.
- İclasların və görüşlərin təşkili üzrə tapşırıqların icrasını təmin etmək.
- Ofis daxili nizam qaydalarına, səliqəliliyə və təmizliyə nəzarət etmək.
- Məktubların, sorğuların və s. sənədlərin qeydiyyatı və müvafiq ünvanlara göndərilməsini təmin etmək.
- Qeydiyyat şöbəsi üzrə kargüzarlıq işlərini icra etmək.
- Qarşılama zamanı nəzakətli və peşəkar davranışın sərgiləmək.
- Salonda olan avtomobillər, xidmətlər və mövcud kampaniyalar haqqında müştəriyə ətraflı məlumat vermək.
- Qonaqları qəbul edəcək şəxslərin əvvəlcədən məlumatlandırmaq, onları müvafiq işçi heyətinin oturduğu yer və ya iclas otaqlarına keçməsi üçün müşayiət etmək.
- Ofis daxili struktur bölmələr üzrə aylıq ofis ləvazimatların siyahısını almaq, tərtib edib sifariş etmək.
- Ofis daxili inventarların qorunmasına və yerdəyişmə üzrə nəzarət etmək.
- Ofis daxili inzibati işlərin təşkili.
- Aidiyyatı tədbirlərdə iştirak edib, şirkəti layiqincə təmsil etmək.
- Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.
Namizədə tələblər:
- 21-35 yaş aralığında xanım namizədlər.
- Azərbaycan və ingilis dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir (rus dili arzuolunandır).
- Ən azı 1 il iş təcrübəsi (hotel, çağrı mərkəzi və satış sahələrində).
- Stressə davamlı.
- Komandada işləmək bacarığı.
- Problem həll etmə bacarığı.
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
- İlkin kompüter proqram təminatı (Word, Excel, PowerPoint,Outlook) biliklərinin olması önəmlidir.
İş şərtləri:
- Həftədə 6 iş günü
- İş yeri: M.Əliyev 7 (Porsche Bakı Mərkəzi)
- Əmək haqqı: gross 1200-1500 azn
- AR ƏM əsasən rəsmiləşdirmə
- Karyera inkişafı imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Resepşn” yazaraq göndərmələri xahiş olunur.