Planlama üzrə təcrübəçi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstehsal proqnozları, planlar və öncəki dövrlərə aid məlumatları analiz etmək, dövri olaraq məlumatları yeniləmək;
  • İstehsalın gündəlik olaraq izlənməsi, verilən planların yerinə yetirilməsinə nəzarət etmək;
  • Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələbin planlaşdırmasını həyata keçirmək və gərəkli sifarişlərin sistem üzərində sifariş edilməsini təmin etmək;
  • Xammal və material hissələrini təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasını təmin etmək;
  • Hazır məhsul, xammal və material qalıqlarının yetərli olmasına nəzarət etmək;
  • İstehsal vəziyyətini, xammal xərclərini, həftəlik və aylıq olaraq plan, fakt analizini tərtib etmək;
  • Bir başa rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatların hazırlanıb təqdim etmək

Tələblər: 

  •  Ali təhsil ( Maliyyə, İqtisadiyyat, Sənayə);
  •  İstehsalat və ya qida sahəsində məlumatlı olması arzuolunandır;
  •  Microsoft Office proqramlarını bilməli;
  • İşində məsuliyyətli, dəqiqlik;
  • Komanda ilə işləmə bacarığı.

İş şəraiti: 

  • İş yeri: Xırdalan şəhəri;
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur; 
  • Ödənişli təcrübə proqramı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Planlama üzrə təcrübəçi”  yazaraq qeyd edilmiş e-mail ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.