İşin təsviri
İşin təsviri:
- ERP sistemlərinin tətbiqi və konfiqurasiyasını həyata keçirmək;
- Sistemi təşkilatın spesifik ehtiyaclarına uyğunlaşdırmaq;
- Müəssisənin iş proseslərini analiz etmək və ERP sisteminin bu proseslərə hansı şəkildə inteqrasiya olunduğunu yoxlamaq;
- İş prosesinin effektivliyini artılrmaq üçün avtomatlaşdırma işləri həyata keçirmək;
- Biznes tələblərinə uygun yeni ERP funksiyalarını təklif və tətbiq etmək;
- ERP sistemindəki potensial riskləri müəyyənləşdirmək və bunların qarşısını almaq üçün tədbirlər görmək
- Satış və distribüsiya əməliyyatlarının optimallaşdırılması və sorğuların idarə edilməsi
Tələblər:
- Təhsil – Ali (Maliyyə, Mühasibat uçotu və audit üzrə olması üstünlükdür)
- Minimum 1 il iş təcrübəsi ;
- Azərbaycan dili mükəmməl, İngilis dilini texniki səviyyədə bilməsi üstünlükdür;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli
- 1C ERP və 8.3 yüksək səviyyədə bilməli
- Analitik düşüncə və təhlil bacarığı, peşəsinə yüksək motivasiya ilə yanaşma, səbr və məsuliyyətlilik
İş şərtləri:
- İş yeri: Müşfiqabad qəsəbəsi
- İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:30-17:30
- Nahar , servis, könüllü tibbi sığorta və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “ERP üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərə bilərsiniz.